Ölkə

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olundu

29 Dekabr 2024 19:13
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, 200 kVt-dan yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları və müvafiq sənədləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməlidir.

Həmçinin bundan sonra 150 kVt-dan deyil, 200 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.