Ölkə

Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı açıqlandı

21 Dekabr 2024 00:03
Baxış: 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü il ərzində 12875 yeraltı təkan qeydə alınıb.

Milli.Az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, profesor Qurban Yetirmişli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında deyib.

O bildirib ki, onlardan 5519-u yerli, 4246-ı regional, 3110-u uzaq zəlzələlərdir.

Qurban Yetirmişli deyib ki, bu il 1729 yeraltı partlayış qeydə alınıb:

"İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. 2024-cü ildə hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5.3 olub".

"2024-cü il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba - Qusar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib. Gürcüstan, Gürcüstan-Ermənistan, İran ərazilərində seysmiklik yüksək müşahidə olunub", - deyə Qurban Yetirmişli bildirib. /APA 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.