Maraqlı

Musa peyğəmbərin göstərişləri həkk olunmuş lövhə rekord qiymətə satıldı - FOTO

21 Dekabr 2024 00:49
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Musa peyğəmbərin göstərişlərini ehtiva edən qədim lövhə hərracda 5 milyon dollara satılıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda "Sotheby's" hərracında üzərində Musa peyğəmbərin 10 əmri ilə əlaqəli yazılar olan unikal mərmər lövhə 5 milyon dollar (8.5 milyon manat) qiymətə satılıb.

Eramızın 300-800-cü illəri arasında yaradıldığı təxmin edilən lövhə 1913-cü ildə İsrailin Yavne şəhəri yaxınlığında arxeoloqlar tərəfindən aşkar edilib. Mətn, qədim yəhudi əlifbası ilə yazılıb və Musa peyğəmbərin əmrlərinin samaritan versiyasını təqdim edir.

Maraqlısı budur ki, lövhədə Allahın adını boş yerə çəkməyi qadağan edən üçüncü ayə yoxdur, amma Qrizim dağının əhəmiyyəti vurğulanıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.