Ölkə

Bakıda dəniz sahilində kişi meyiti tapıldı - Maşında güllələnib

17 Dekabr 2024 10:08
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun "Honda" markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələdiyi bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./"Qafqazinfo" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.