Bakıda "ölü paltarlar" satılan mağazalardan REPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı və Sumqayıt şəhərlərinin bir sıra yerlərində "MEMİ" brendi altında ikinci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir.
Bu cür dükanların öz müştəriləri var. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir. Xarici ölkələrdən, əsasən də Avropadan gətirildiyi deyilən bu paltarların dezinfeksiya olunduqları bildirilsə də alıcılar arasında hələ də ehtiyat edənlər var.
Onlar paltarlara əllə toxunur, geyinib yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta Azərbaycan üçün tanış olmayan infeksiyalara yoluxa bilərlər.
Musavat.com-un müxbiri həm Sumqayıtda, həm də 20 Yanvarda yerləşən "MEMİ" mağazalarına baş çəkib və real vəziyyətlə tanış olub. Səhər saatlarından başlayaraq mağazalara alıcılar axışıb və paltarları əyinlərində yoxlayaraq, onlara müştəri olublar. Satıcılar isə and aman edib ki, satışa çıxarılanlar dərmanlanıb, dezinfeksiya olunur.
Mütəxəssislər qeyd edir ki, bu cür mağazalarda 5 yaşından kiçik uşaq üçün paltarlar satılmamalıdır. Lakin Azərbaycanda verilən sertifikatda bu, öz əksini tapmır, kiçik yaşlı uşaq üçün paltarlar satışa çıxarılır. Elə biz özümüz də mağazalara baş çəkərkən bunun şahidi olduq.
Bəs paytaxt sakinləri bu haqda nə düşünür. Onlar ikinci əl paltarları almağa üstünlük verirlərmi?
Küçədə apardığımız sorğu göstərir ki, insanların mövzu ilə bağlı fikirləri birmənalı deyil. Kimisi bu məsələyə müsbət yanaşır, kimisi isə ikinci əl paltarları almaqda tərəddüd edir və qətiyyən məsləhət görmür.
Tanınmış həkim Adil Qeybulla bildirir ki, istifadə olunmuş bu cür paltarlar üçüncü ölkələr tərəfindən alınır və yenidən satılır. Onların arasında brend mağazaların paltarlarını da görmək olar:
"Belə geyimlərin etibarlı mənbədən alınması mühüm şərtdir. Çünki onlar hər cür təmizləmədən keçir, onlara yenidən baxış keçirilir və normal vəziyyətə gətirilir. Bu halda onlardan istifadə etmək olar ki, təhlükəsizdir. Hazırda ciddi pandemiya dönəmi bitib, ağır xəstəliklər dövrü deyil. Onların istifadəsində problem görmürəm. Sadəcə olaraq geyimlərin keyfiyyət parametrləri daha önəmlidir. Geyimlər ilkin mənbədən, tanınmış firmaların paltarları olsun. Belə olduğu halda onlar daha təhlükəsizdir. Onların kimyəvi işlənməsi onsuz da həyata keçirilir. Buna görə də ciddi problem görmürəm".
Dermatoloq Tabir Xəlilov deyir ki, geyinilmiş paltar infeksiya mənbəyidir.
"Azərbaycana bu paltarlar gələndən sonra insanlarda qoturluq xəstəliyi yarandı. İkinci əl paltarların hamısı infeksiya mənbəyidir. Haradan bilək ki, bu paltarları vərəmli xəstə geyinməyib. Dezinfeksiya olunmayan yerdə gənə də qala bilər. İnsanlar aldıqları paltarları qaynatsınlar. Gənələr günəş şüasında məhv olur. Həmin paltarları alandan sonra günəşin altında saxlasınlar. Nəmişlik yerdə olanda isə gənələrin məhv olması aylarla davam edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
XƏBƏR LENTİ
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib





