Bakıda qadına qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paytaxt sakini olan qadının 5500 manatı dələduzluq yolu ilə ələ keçirilib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Milli.Az