Ölkə

Bu nazirlik 6 milyon manat kapitalla yeni şirkət yaratdı

4 Dekabr 2024 16:46
Baxış: 1 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, bu ilin sentyabrın 13-də dövlət qeydiyyatına alınan MMC-nin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eynidir.

Belə ki,"Zireh" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, 18 oktyabr küçəsi, ev.106-dır.

Nizamnamə kapitalı 6 milyon manat olan MMC-nin qanuni təmsilçisi isə Quliyev Abbas Nazir oğludur.

Sözügedən şəxs həm də Müdafiə Sənayesi Nazirliyinə məxsus "Bakı Cihazqayırma Zavodu" MMC-nin direktorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.