33 milyon manatı ölkəyə qaytarmayan şəxslər ifşa edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etidirilir.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər-Nemət Yalçın Oqtay oğlu və Askarov Şəmistan Kidır oğlunun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə "Şam-Od" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2,5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Təhməzov Şamil Kamil oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə "Ay&su" MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aslanova Aysel Əbilfət qızı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci * maddələrilə istintaq edilən cinayət işi üzrə *"Exspressagro" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə "Fruit" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
XƏBƏR LENTİ
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
-
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb





