Ölkə

İcra başçısı təyin edilən aparat rəhbərinin yerinə bu şəxs gətirildi - FOTO

2 Dekabr 2024 12:48
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Qasım Əliyev gətirilib.

Qasım Əliyev 1976-cı il mart ayının 20-də Bakı şəhərində anadan olub. O, 1997-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 1999-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

2016-cı ildən Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Yeni Aparat rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sabiq aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.