Ölkə

MN-də vəzifə verilən 37 yaşlı general məşhur şəxsin oğlu imiş

19 Noyabr 2024 21:31
Baxış: 2 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Milli.Az xəbər verir ki, F.Əliyevə 2023-cü ilin noyabrında  "general-mayor" ali hərbi rütbəsi verilib.

"General-mayor" ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə doğulub. O, daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 

Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.