Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 103.4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102.6 faiz, qeyri-qida məhsulları üzrə 102.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.8 faiz təşkil edib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101.7 faiz təşkil edib.
2024-cü ilin oktyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100.6 faiz olub.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin oktyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101.5 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma xalçaların, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103.6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayə haqlarının, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızı qaçırdı, günlərlə avtomobildə yaşadılar - Həbs edilən var
-
Bakıda “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində leykemiya ilə bağlı konfrans keçirilib - (Foto)
-
Vanuatu Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib
-
Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - (Video)
-
Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı
-
19 aptekdə nöqsanlar aşkarlandı
XƏBƏR LENTİ
-
“Qarabağ”ın futbolçusuna ağır cəza - 3 oyunluq uzaqlaşdırıldı
-
Qızı qaçırdı, günlərlə avtomobildə yaşadılar - Həbs edilən var
-
Bakıda “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində leykemiya ilə bağlı konfrans keçirilib - (Foto)
-
Hər şeyə hazır olmalıyıq
-
AFFA 4 klubu cərimələdi
-
Vanuatu Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib
-
Ermənistan Azərbaycana nə ixrac edəcək? - Açıqlama
-
Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - (Video)
-
Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı
-
19 aptekdə nöqsanlar aşkarlandı
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
Rusiyada hərbçiyə silahlı hücum: Zabit sinəsindən və üzündən vuruldu
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - (Video)
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
-
Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə dələduzluq edənlərə 7 il həbs verildi
-
“Meta” yeni süni intellekt modelini istifadəyə verib
-
Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək
-
Rusiyada səfərbərlik olacaq? - Putin açıqladı
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)





