Lukaşenko COP29-da qlobal fəaliyyət təkliflərini səsləndirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən COP29 sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçısının qeyd etdiyinə görə, bu və digər istiqamətlər beynəlxalq səylərin birləşməsini tələb edir. "Bu, sözdə deyil, əməldə olmalıdır. Sözdən hərəkətə keçməyin vaxtıdır. Ödəməli olanlar isə ödəməlidirlər, öz kabinetlərində oturmamalıdırlar", - deyə Belarus lideri vurğulayıb.
Prezident bildirib ki, iqlim dəyişib və bu, artıq obyektiv reallıqdır. "Buna görə də əsas vəzifə dəyişmiş şərtləri nəzərə alaraq milli iqtisadiyyatların, ilk növbədə, kənd təsərrüfatının yenidən qurulmasıdır, yeni şəraitə uyğunlaşdırılmasıdır", - deyə o bildirib.
Aleksandr Lukaşenko Belarusun bu məsələdə aktiv fəaliyyət göstərdiyini və öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
Dövlət başçısı inkişaf etməkdə olan ölkələrin milli maraqlarına xələl gətirmədən, onların yaşıl texnologiyalara bərabər çıxış əldə etmələrinə köməklik göstərməyə çağırıb: "Elə etmək ki, onlar bu yardım nəticəsində əsarətə düşməsinlər. Beynəlxalq texnologiya ticarətinə, innovasiya və ən yaxşı təcrübələrin mübadiləsinə mane olan hər şey ləğv edilməlidir".
Aleksandr Lukaşenkonun sözlərinə görə, dünya artıq ekoloji cəhətdən yeni təmiz alternativ məhsulların heç də az ziyan vurmadığı bir vəziyyətlə üzləşib. "Obyektiv olaraq, bizim innovasiyanın müəyyən bir məhsulunun bütün həyat dövrü ərzində ətraf mühitə potensial təsirini hərtərəfli qiymətləndirmək üçün yeni yanaşmalara ehtiyacımız var", - deyə o vurğulayıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi





