"Bu, iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas vasitədir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərəkətsizliyin nəyə gətirib çıxardığını artıq görürük. Sadəcə ətrafa nəzər salsanız, Braziliyada tarixdəki ən güclü quraqlığın qeydə alındığını və İspaniyada bu yaxınlarda daşqınlar səbəbindən çox sayda insanın həyatını itirdiyini görə bilərsiniz. Aydındır ki, biz kənarda qala bilmərik.
Milli.Az xəbər verir ki, bunu Almaniyanın Avropa və iqlim məsələləri üzrə dövlət naziri Anna Lürmann COP29 çərçivəsində "Nöqtələri birləşdirərək: icra olunan və investisiyaya hazır Milli hədəf töhfələri" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərinə qarşı mübarizədə hərəkətə keçməyin vacibliyini aydın və açıq şəkildə vurğulamaq lazımdır, çünki bu, ağıllı iqtisadi siyasətdir. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) isə iqtisadi inkişaf, maliyyə və investisiya cəlbi üçün bir fürsətdir, maneə deyil. Ölkələrin bu ambisiyalı öhdəlikləri yerinə yetirə bilməsi üçün həmin töhfələrin real iqtisadiyyata inteqrasiyası və investorlar üçün cəlbedici edilməsi vacibdir.
"Biz artıq yeni iqtisadi məlumatların təqdim edilməsinə və ambisiyalı iqlim tədbirlərinin həm qısamüddətli, həm də uzunmüddətli iqtisadi faydalarını göstərən real təcrübələrin paylaşılmasına başlamışıq. Bu, mənim fikrimcə, danışıqları dəyişmək üçün ilk addımdır. Bundan sonra, təbii ki, hər kəs tərəfindən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin ambisiyalı öhdəliklərinin icrası üçün addımlar atılmalıdır", - deyə Anna Lürmann əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN





