Müəllimlərə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq".
Milli.Az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.
"Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq", - deyə Elnur Nəsibov bildirib.
Bəs təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında deyib:
"Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər. Bu təşəbbüs dövlətin təhsilə və müəllim peşəsinə göstərdiyi dəyərin əyani göstəricilərindən biridir.
İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Müəllimlərin böyük bir qismi gündəlik olaraq məktəblərə getmək üçün ictimai nəqliyyatdan istifadə edir və bu, həm maddi cəhətdən əlavə yük, həm də gündəlik olaraq qarşılaşılan fiziki yorğunluq yaradır. Ona görə də ictimai nəqliyyatda xüsusi endirimlərin və ya pulsuz keçidlərin təklif edilməsi müəllimlərin xərclərinin azaldılmasına kömək edə bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, intercity və şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə də əlavə imkanlar yarada bilər.
Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Təhsil işçiləri, xüsusilə də müəllimlər peşələri ilə bağlı stress, yorğunluq və digər sağlamlıq problemləri ilə üzləşir, zaman-zaman müxtəlif tibbi yardıma ehtiyac duyurlar. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Tibbi xidmətlərə güzəştlərin təklif edilməsi həm də müəllimlərin sağlamlığını qorumağa və iş qabiliyyətlərini uzun müddət saxlamağa kömək edə bilər.
Bu güzəştli kartlar müəllimlər üçün digər sosial və mədəni imkanları da genişləndirə bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Bu, həm də müəllimlərin öz bilik və dünyagörüşlərini genişləndirməsi baxımından faydalıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin mədəni imkanlardan yararlanması onların şəxsi inkişafına, eyni zamanda şagirdləri ilə ünsiyyətlərinə müsbət təsir göstərir.
Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək. Müəllimlərin bu sahədə güzəştləri iqtisadi cəhətdən onlara bir qədər rahatlıq gətirə bilər. Məsələn, müxtəlif Avropa ölkələrində, ABŞ-da və Asiya ölkələrində bu sahədə güzəştlər tətbiq olunur və müəllimlərin sosial təminatını artırmaq məqsədilə onlar üçün xüsusi alış-veriş imkanları yaradılır".
Kamran Əsədov bildirib ki, bəzi ölkələr təhsil işçiləri üçün müəyyən vaxtlarda pulsuz turizm paketləri və ya səyahət endirimləri təşkil edir:
"Məsələn, Koreyada və Yaponiya kimi ölkələrdə müəllimlərin yay tətili dövründə xüsusi endirimli turizm xidmətlərindən faydalanması onlara həm istirahət, həm də fərdi inkişaf üçün geniş imkanlar yaradır. Bu cür endirimlər və xüsusi təkliflər vasitəsilə müəllimlər həm öz ölkələrinin müxtəlif bölgələrini, həm də xarici ölkələri səyahət edə bilərlər. Bu, müəllimlərin ümumi bilik səviyyəsinə, mədəni zənginliyinə və nəticə etibarilə təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər".
Təhsil eksperti müəllimlərin arzuladığı güzəştlərdən də söz açıb:
"Müəllimlərin digər bir arzusu mənzil güzəştləridir. Xüsusilə gənc müəllimlər üçün mənzilə güzəştlərin tətbiq edilməsi onların peşələrində uzunmüddətli qalmasını stimullaşdıra bilər. Bir sıra Avropa və Asiya ölkələrində gənc müəllimlər üçün güzəştli ipoteka proqramları həyata keçirilir və ya xüsusi dövlət yardımları ilə mənzil sahibi olmağı asanlaşdıran layihələr mövcuddur. Azərbaycanda da bu cür proqramlar müəllimlərin daha yüksək motivasiya ilə çalışmasına səbəb ola bilər.
Dünya təcrübəsi göstərir ki, təhsil işçilərinə verilən güzəştlər onların peşə fəaliyyətində yüksək əhəmiyyətə malikdir və təhsilin ümumi keyfiyyətini artırmaqda mühüm rol oynayır. Müəllimlər sosial təminatlarının yaxşılaşdırılması üçün təhsil sahəsində güzəştlərin olmasını arzulayır və bu cür təşəbbüslər vasitəsilə daha yüksək motivasiya ilə işlərini icra edə bilərlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
8 həftədə 4 il gəncləşmək mümkündürmü?
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)
-
Bu əlamət korluğa səbəb ola bilər
-
Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
XƏBƏR LENTİ
-
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
-
8 həftədə 4 il gəncləşmək mümkündürmü?
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)
-
Bu əlamət korluğa səbəb ola bilər
-
Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
-
Ronaldonun azarkeşlərinə jesti diqqət çəkdi (Video)
-
Bakıda qadın hamamda öldü
-
“Turan Tovuz”un məşqçisi 3 oyunluq cəzalandırıldı
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
-
AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? - (Foto)
-
Bakıya dolu yağır - (Video)
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
-
Ada Süleymanovanın doğum günündə Anarın yer aldığı görüntü - (Video)
-
Şəfqətin kölgəsi: Akademik Adilə Namazova - 100 - (Foto)
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb





