Bakıda pulsuz parklanma yerləri yaradılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində ödənişsiz parklanma yerləri təşkil edilir. Bu ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. Belə ki, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb.
Bu barədə Milli.Az-a AYNA-dan məlumat verilib.
Görülən işlər nəticəsində 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edilib. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiqlənməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə beş parklanma zonası müəyyən olunub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi dörd zonada tətbiq edilir.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Vətəndaşlarımız qanunsuz pul tələbi ilə rastlaşdığı təqdirdə mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır. Parklanmanın idarə olunması, nəqliyyat vasitələrinin nizamlı parklanmasını təmin etməklə yanaşı, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evdə tək qalanda insanların ən çox qorxduğu 5 hadisə
-
"Yeşil çam"ın məşhur aktyoru illər sonra - (Video)
-
Gəlinin toy libası bəyə həyatının şokunu yaşatdı - (Video)
-
Həftə sonunun ən şanslı 3 bürcü
-
Sobada ətli kartof kolbasası resepti
-
Şəmkirdə vəzifəli şəxs öldü
-
Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi
-
"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib
-
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Çağatay evlənir? - Sevgilisi danışdı
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
“Qalatasaray”ın baş məşqçisi derbiyə buraxılmayacaq
-
Dünyaşöhrətli zərgər Bulqari vəfat edib
-
“Login” sözünün maraqlı tarixi
-
Sevinc Maniyeva vəfat etdi
-
Qazaxda kişi qazdan boğulub öldü
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Bakıda kişi evində ölü tapıldı
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Ağdamda itlər məktəbli qıza hücum edib
-
“Turan Tovuz” “Şamaxı”ya qalib gəldi





