Ölkə

Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir? - VİDEO

25 Oktyabr 2024 08:05
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 18-də, paytaxtın İnşaatçılar prospektindən başlayıb.

Belə ki, 90-BN-500 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsinin yanmasını gözləyən zaman qəfildən hərəkətə başlayıb. Məlum olub ki, o, sağ zolaqla hərəkət edən "Changan" markalı avtomobilin xanım sürücüsünü izləyirmiş.

Bir neçə kilometr məsafə qət edən sürücü sonda paytaxtın Fətəli xan Xoyski küçəsində görüntülənib. Videodan da göründüyü kimi, xanım sürücünün yanında dayanaraq onu söhbətə tutmağa başlayıb. Sağ zolaqla hərəkətə başlayan sürücü, xanımın sola döndüyünü görən anda istiqamətini dəyişərək yenidən onun ardına düşüb. Bu zaman manevr qaydasını kobud şəkildə pozaraq təhlükə yaradıb.

Sözügedən videonu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.