Ölkə

Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min hektara yaxın ərazi ayrılıb

19 Oktyabr 2024 14:41
Baxış: 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvanda "yaşıl enerji"nin layihələndirilməsi üçün 8 000 hektara yaxın ərazi ayrılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

"Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərində günəşli saatların illik miqdarı 2600-2800 saat/il, günəş radiasiyasının illik miqdarı 148-150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152-160 kkal/sm2 arasında dəyişir", - M.Abbaslı qeyd edib.

O bildirib ki, Muxtar Respublikada mövcud günəş elektrik stansiyalarında, illik hesablamalara əsasən, günəş radiasiyasının miqdarının 138-140 kkal/sm2/il arasında olduğu təsdiq edilib.

"Dövlət proqramına əsasən "yaşıl enerji" istehsalı üçün 7992 ha ərazi ayrılıb.

Artıq investisiya prosesi başlayıb. Yerli və xariçi şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə "Texniki-iqtisadi əsaslandırma"ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.