Ölkə

COP29 vaxtı evdən çıxma qadağası olacaq? - rəsmi - VİDEO

19 Oktyabr 2024 00:10
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq".

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib.

Konfransın keçiriləcəyi 11 gün ərzində isə 38 dövlət qurumunda iş rejimi dəyişəcək. Bununla bağlı bu il avqust ayında Nazirlər Kabineti müvafiq tapşırıq verib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dövlət orqanlarındakı işçilərin sayı ən çoxu 30 faiz müəyyən ediləcək və işçilərin qalan 70 faizi məsafədən (evdən) işləyəcək. Dövlət qurumlarında əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb ediləcəklər.

Hələ ki, özəl sektorun iş rejimi ilə bağlı hansısa qərar qəbul edilməyib, lakin beynəlxalq təcrübəyə görə, özəl sektora yalnız tövsiyə verilə bilər.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin təşkili də dəyişdiriləcək. Məktəblərdə noyabrın 12-dən 22-dək payız tətili olacaq. Bağçalar isə fəaliyyətini olduğu kimi davam etdirəcək.

Ali təhsil müəssisələri isə bu müddət ərzində onlayn təhsilə keçəcək. Həmçinin peşə məktəblərində də dərslər distant formada keçiriləcək.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.