Ölkə

Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər - FOTO

14 Oktyabr 2024 14:08
Baxış: 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib.

Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.