Ölkə

Bu küçələrdə maşın saxlamaq qadağan edilir

11 Oktyabr 2024 16:17
Baxış: 2 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobillərin sayı çoxaldıqca sürücülərin başlıca problemlərindən biri də maşını saxlamaq üçün yer tapmamaq olur. Mövcud problemin həlli istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Milli.Az bu barədə Agentliyə istinadən xəbər verir.

Qeyd edilib ki, parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcud parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Vurğulanıb ki, bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (Amburan Mall) 9 ədəd "Dayanma və durma qadağandır" yol nişanı quraşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.