Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən ediləcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.
Belə ki, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun