"Ruhlar şəhəri" adlandırılan Ağdama həyatın qayıtmasını AzTV bu dəfə fərqli şəkildə təqdim etdi.
Erməni vandalizminin qurbanına çevrilmiş mədəni irslərimizdən biri olan Ağdam Dövlət Dram Teatrında "Muğam" xoreoqrafik poeması oynanıldı.
Bu dəfə Ağdam teatrında tamaşaçılar yox, televiziya izləyiciləri ekran arxasından aktyorları alqışlasa da uzun zamandan sonra bu uçulmuş, dağılmış , düşmən tərəfindən viran qoyulmuş teatrın səhnəsində oynanılan ilk poema idi.
Milli.Az xəbər verir ki, QSC-nin sədri Rövşən Məmmədov "Oxuyur Vətən" layihəsindən olan bu hissəni şəxsi facebook səhifəsində "Şərhsiz...." başlığı altında paylaşım edib.
Link keçiddə: https://www.facebook.com/watch/?mibextid=qi2Omg&v=2007422703051506&rdid=tZ0iboXh2OpxChTe
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun