Ölkə

Bu çörək zavodu məhkəməyə verildi

27 Sentyabr 2024 16:40
Baxış: 3 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıxanov-Çörək" zavodu məhkəməyə verilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, zavodun fəaliyyətində nöqsan aşkarlanıb.

Belə ki, miqrantların "Bakıxanov-Çörək" zavodunda qanunsuz işə cəlb olunması halı üzə çıxıb. Buna görə də, Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə) maddəsilə protokol tərtib olunub.

İnzibati xəta üzrə tərtib olunan protokola Sabunçu rayon Məhkəməsində baxılacaq.

Protokola əsasən vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.