Ölkə

Başımı aşağı salıb fikirləşirəm, deyirlər yatmısan... - Deputat

25 Sentyabr 2024 16:44
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başım aşağı olan vaxt şəklimi çəkib, yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb, fikirləşirdim.

Milli.Az bildirir ki, bunu 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev VII çağırış Milli Məclis deputatlarının ilk iclasında yuxulaması barədə yayılan görüntülərə münasibət bildirərkən Teleqraf.com-a deyib.

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb:

"Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə Almaniyaya 20 günlük müalicəyə getməyə hazırlaşıram".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.