Hadisə

İcra başçısının qardaşı faciəli şəkildə ÖLDÜ - YENİLƏNİB

25 Sentyabr 2024 17:58
Baxış: 3 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:58

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşı Habil Quliyevin faciəli ölümü ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, TƏBİB-dən iqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən sentyabrın 24-də saat 16:00 radələrində 53 yaşlı Habil Quliyevin elektrik cərəyanı vurması səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, 53 yaşlı H.Quliyevin Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) çalışdığı bildirilir.

----------
13:36


Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) qeydə alınıb.

Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb. 

Modern.az-ın məlumatına görə isə o, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır.

Hadisənin dünən baş verdiyi qeyd edilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.