Ölkə

Bu ərazilərdə qaz olmayacaq

25 Sentyabr 2024 19:00
Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

Milli.Az-ın məlumatına görə, rayon ərazisində yerləşən "Biləsuvar" qaz paylayıcı stansiyadan qidalanan Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsini təbii qazla təmin edən 11 000 metr polietilen qaz xəttinin kipliyə sınaq olunması üçün ümumilikdə 4 300 abonentin təbii qaz təchizatının 27 sentyabr saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.

------

Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu barədə Milli.Az-a Azəriqaz İB-dən bildirilib.

Qaradağ rayonundakı "Sahil QTM"-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.