Qoroskop

Ən az sevilən dörd bürc - Hamı onlardan uzaq durur

25 Sentyabr 2024 19:35
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astrologiya və xarakter xüsusiyyətləri arasındakı əlaqə həmişə insanların marağını çəkib. Bürclərin insan xarakterinə təsiri barədə müxtəlif fikirlər mövcuddur. Hər bürcün güclü və zəif tərəfləri olduğu düşünülür. Lakin bəzi bürclərin cəmiyyət tərəfindən daha az populyar olduğu məlumdur. İnsanların bürclərə baxaraq antipatiya bəsləməsi doğru deyil, amma bəzi bürclərin xüsusiyyətləri heç də hamı üçün xoş olmur. Bir çoxları onlardan uzaq durmaq istəyirlər.

Milli.Az metbuat.az-a istinadən ən az sevilən bürcləri və onların xüsusiyyətlərini təqdim edir.

Əkizlər bürcü bu siyahının başında gəlir. Onlar hər şeyi planlı şəkildə edən və bəzən insanları öz məqsədləri üçün istifadə etməyi sevən bir xarakterə sahibdirlər. Tez əsəbiləşir və gərginlik yarada bilirlər. Danışqan və əyləncəli olsalar da, manipulyasiya etmə qabiliyyətləri güclüdür. Lakin onların çox vaxt etibarsız və ikiüzlü olduğu barədə düşüncələr həmişə həqiqəti əks etdirmir.

Əqrəb bürcü insanları duyğularını açıq şəkildə bildirməməsi ilə tanınır. Onlar səssiz və soyuqqanlı xarakterləri ilə diqqət çəkirlər. İş həyatında və sosial mühitlərdə hirsli, aqressiv və qisasçı ola bilərlər. Sevgi münasibətlərində isə qısqanc və sahibkar bir xarakterləri var, bu da onları daha da mürəkkəb edir.

Tərəzi bürcü digər insanların həyatına müdaxilə etməyi sevən bir xarakterə sahibdir. Onlar başqalarının işlərinə qarışdıqlarını anlamadan bunu yaxşılıq hesab edirlər. Bu xüsusiyyətləri isə ətrafdakı insanları narahat edir. Qısqanc və sahibkar olan tərəzilərin bir şeyi istəməsələr belə, başqalarının əldə etməməsi üçün ona maraq göstərdikləri də olur.

Şir bürcü özünü başqalarından üstün görərək insanları aşağılayıcı davranışlar sərgiləyə bilər. Onlar səhvlərindən heç vaxt peşman olmaz və yalan söyləməkdə çox soyuqqanlı ola bilərlər. Özlərinə olan güvən və üstünlük kompleksi onları cəmiyyətdə bəzən təcrid edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.