Şou-biznes

Səidə Çinarə ilə barışıb? - VİDEO

25 Sentyabr 2024 19:28
Baxış: 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultan keçmiş rəfiqəsi, aparıcı Çinarə Əliyeva ilə münasibətlərindən söz açıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.

Proqramın aparıcısı Zaur Nəbioğlunun "İddialara görə, Səidə Sultan keçmiş rəfiqəsi, aparıcı Çinarə Əliyeva ilə barışıb" sözlərinə müğənninin cavabı belə olub:

"Çinarə doğulan övladını itirəndən sonra ona yazdım. İçim baş verənləri götürə bilmədi. Yazdım ona ki, sən ölü yox diri qızsan. İnşallah sənin bundan sonra bir neçə övladın dünyaya gələcək. Buna görə də, darıxma".

Qeyd edək ki, Çinarə Əliyeva ilə Səidə Sultanın küsülülüyünə səbəb, aparıcının müğənniyə onun qüsurlarını deməsi olub. Bundan sonra onlar dostluq münasibətlərinə son qoyublar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.