Ölkə

İlham Aslanov SOCAR-dakı vəzifəsindən uzaqlaşdı

25 Sentyabr 2024 14:52
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə rəhbərlik edən İlham Aslanov vəzifəsindən ayrılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.

O bildirib ki, bu gün keçirilən Kiberdiplomatiya konfransında İlham Abbasovu XRİTDX komandası ilə bir yerdə görüb:

"İlham Aslanov öz xahişi ilə SOCAR-da tutduğu vəzifəsindən uzaqlaşıb, hazırda XRİTDX rəisinin müşaviri vəzifəsində çalışır. Təxminən 20 ilə yaxın olar ki, İlham Aslanov SOCAR-da İT və Rabitə İdarəsinin rəisi olub. Böyük təcrübəyə malik olan İlham Aslanov sektorda peşəkarlardan hesab olunur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.