Ağdam Sənaye Parkında 400-dən artıq daimi iş yeri yaradıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ölkə tarixində ən əlamətdar hadisələrsən birinin reallaşmasına şahidlik edirik. Belə ki, Dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında 6 sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Yeni açılışı olan müəssisələr Sənaye Parkında elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.
Milli.Az bildirir ki, bu barədə Trend-in suallarını cavablandırarkən İqtisadi Zonalar İnkişaf Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.
O qeyd edib ki, bu sözügedən 6 müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdı.
"Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağımızın dirçəldilməsinə köməklik göstərəcək.
Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb. Qeyd edim ki, işəgötürmə prosesində əsasən Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilib.
Məlumat üçün bir maraqlı nüansı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2045 iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
XƏBƏR LENTİ
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərcləri nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı





