Ölkə

Seymur Səfərliyə nazirlikdə yüksək vəzifə verildi

18 Sentyabr 2024 10:37
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov işdən çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onun yerinə Seymur Səfərli təyin edilib.

Yeni şöbə müdiri Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsil alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, indiyə qədər nazirliyin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitunda elmi işçi, laboratoriya müdiri, şöbə müdiri və direktor vəzifələrində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.