Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Livanda peycer və telefonlara edilən hücumdan sonra smart cihazların təhlükəsizliyi hər kəsi düşündürməyə başlayıb. Məişət texnikasından tutmuş avtomobillərə qədər internetə qoşula bilən bir çox cihaz kənardan idarə oluna bilərmi?
Milli.Az axar.az-a istinadən bildirir ki, məsələ ilə bağlı türk mediasına açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəssis Tamer Şahin internetə qoşulan bütün ağıllı cihazların risk altında olduğunu bildirib.
"Bu cihazlar davamlı olaraq internetə bağlı olduğu üçün kiber hücumlarla manipulyasiya edilə və fiziki həyata zərər vermək üçün istifadə edilə bilər. Məsələn, soyuducuda yanğın törədə və ya televizor kamerası vasitəsilə insanları seyr edə bilərlər. Smartfonlar söndürüldükdə belə digər cihazlarla əlaqə qurur", - o deyib.
Tamer Şahin bir çox yeni nəsl avtomobillərdə kənar müdaxilə ilə əyləclərin bağlana, sükanın döndərilə bilindiyini iddia edib. Onun sözlərinə görə, bu cür müdaxilələr xüsusilə yüksək sürətdə ciddi qəzalara səbəb ola bilər.
Mərmərə Universitetinin professori Əli Murad Kırık ağıllı məişət texnikasının risk altında olduğunu ististna etməyib:
"Ağıllı elektrik yuvaları (rozetkalar), termostatlar və sobalar kimi cihazlar zərərli proqramlar vasitəsilə həddindən artıq istiləşməyə və ya elektrik yüklənməsinə səbəb ola bilər. Bu, yanğın və ya partlayış təhlükəsi yaradır".
Kiber Təhlükəsizlik Mütəxəssisi Osman Dəmircan modem təhlükəsizliyinin gözardı edilməməsi lazım olduğunu vurğulayıb:
"Modem evdəki bütün ağıllı cihazlara qoşulub. Həssas bir modem bütün smart cihazlara girişi təmin edir. Modemin təhlükəsizliyi təmin olunmazsa, o, kənar müdaxilələrə açıq olur".
Bununla belə ekspertlər qeyd edib ki, kibertəhlükələrdən qorunmaq üçün proqram təminatı yenilənməlidir: mürəkkəb və güclü parollardan istifadə, etibarlı brendlərdən məhsul seçmək təhlükəsizlik risklərini azaldır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
-
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
-
Bu da yeni 100 manat - VİDEO
-
Qadın işçiyə hörmətsizlik: Müştəri kafeni bir-birinə qatdı - VİDEO
-
Kənd yumurtasını mağaza yumurtasından ayırmağın yolları
XƏBƏR LENTİ
-
Bir gündə 64 cinayət açıldı, 147 axtarışda olan şəxs saxlanıldı
-
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
-
Halk Hoqa bu səbəbdən ölübmüş
-
Kürdəmirdə açıq ərazidə yanğın olub
-
Kəlbəcərdə faciə: Hərbçi dərəyə düşərək həlak oldu
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
-
Millimizin iki futbolçusu heyətdən çıxarıldı
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
-
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
-
Yasamalda söküntü ilə bağlı yayılan iddialara rəsmi cavab verildi - FOTO
-
Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
-
Trampın təklifi ABŞ-də sistemi dəyişə bilər
-
Ayın 6-da leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
-
Binədə mağazada YANĞIN
-
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
-
Hasan Can Kaya ABŞ-də evləndi - FOTO
-
Bu da yeni 100 manat - VİDEO
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
-
Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…
-
Trampdan İrana sərt mesaj
-
Qadın işçiyə hörmətsizlik: Müştəri kafeni bir-birinə qatdı - VİDEO





