Ölkə

Sumqayıtda bu məktəbi bit-birə basıb - İddia

14 Sentyabr 2024 06:59
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt məktəbində mühüm problem üzə çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Sumqayıt24"ə daxil olan məlumata görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, valideynlər övladlarının 14 nömrəli məktəbə getmələrini istəmirlər. Onlar təhsil ocağının sinif otaqlarında bit-birələrin olduğunu iddia edirlər.

Valideynlərin sözlərinə görə, problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunsa da, hələlik heç bir tədbir görülməyib.

"Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır", - deyə şikayət edən valideynlərdən biri bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.