Ölkə

Birincilərə məktəbi necə sevdirək?

14 Sentyabr 2024 06:52
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu il də bir çox birinci sinif şagirdləri yeni həyata başlayacaqlar.

Bu günlər həm uşaqlar, həm də valideynlər üçün əsl güc sınağına çevrilir: yeni öhdəliklər yaranır, müəllim-şagird münasibətləri qurulur, balacalar yeni məlumatları mənimsəməli, dərslərə diqqət yetirməli olurlar.

Bəs birincilərin gündəlik rejimini məktəbə necə adaptasiya etmək olar?

Yeni həyatın ilk günlərində valideynlərin üzərinə düşən onların gündəlik rejimini təşkil etmək, azyaşlıları lazımsız stressdən kənar tutmaq və ev tapşırıqlarında mümkün qədər dəstək olmaqdır.

‍Birinci sinif şagirdinin gündəlik rejimi əsasən məktəb cədvəlindən asılıdır. İkinövbəli məktəblərdə dərslər adətən saat 08:00-09:00 intervalında başlayır və günorta saatlarına doğru bitir. Buna uyğun olaraq, siz uşaqların səhər yuxudan oyanma, məktəbdə və evdə keçirəcəyi zaman, ev tapşırıqlarının həllinə ayrılan müddət və normal axşam yuxusu üçün cədvəl tutsanız yaxşı olar.

Araşdırmalar göstərir ki, şam yeməyinin ardınca məktəblilərin dərsləri ilə maraqlanmaq, onlara özlərini dəyərli və güvəndə hiss etdirir.

Məlumdur ki, əksər valideynlər çalışdığı üçün onların bunların hamısını etmək fiziki olaraq real deyil. Lakin vaxt tapdıqca  azyaşlıları istirahət günlərində açıq havaya, sahilə aparmaq onlara da sizə də həftənin yorğunluğunu atmağa imkan verə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.