Ölkə

Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

13 Sentyabr 2024 16:13
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Masallı rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "KOB FEST" sərgi-satış yarmarkası keçirilir. Yarmarkada Masallı, eləcə də ətraf şəhər və rayonlardan 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir. "KOB FEST" çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslərin və sənətkarların master-klassları da təşkil olunub.

Sərgi-satış yarmarkası sentyabrın 15-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Yarmarkanın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və genişləndirilməsi baxımından faydalı olacağını bildiriblər.

Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə təşkil olunur. Yarmarka həmçinin, KOB subyektlərinin yeni əməkdaşlıqlar qurması, B2B görüşlərin keçirilməsi, sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Masallı rayonundan əvvəl "KOB FEST" Bakı, Göygöl, Şəki və Gəncə şəhərlərində keçirilib və bu yarmarkalarda ümumilikdə 190-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənib, satışı həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.