Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.
Milli.Az xəbər verir ki, bununla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir. Dəyişikliyə əsasən:
1 nömrəli avtobus marşrutu (istiqamət: "Neftçilər" m.st.), 46 nömrəli avtobus marşrutu (istiqamət: "Əhmədli" m.st.) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus marşrutu (istiqamət: "Dərnəgül" m.st) Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli avtobus marşrutu (istiqamət: "Xətai" m.st.) Azadlıq prospekti - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" m.st. - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6, 10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: "İçərişəhər" m.st.) Şeyx Şamil küçəsi - Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65 nömrəli avtobus marşrutu (istiqamət: "İçərişəhər" m.st.) Murtuza Muxtarov küçəsi - Əhməd Cavad küçəsi - Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;
88 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" m.st.) Azadlıq prospekti - Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" m.st.) Lökbatan dairəsi - Bakı Dairəvi yol - Mikayıl Müşfiq küçəsi - Badamdar dairəsi - Mikayıl Müşfiq küçəsi - Abdulla Şaiq küçəsi - Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, "28 Mall" t/m) əhatə edəcək.
149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.
E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun