Ölkədə körpə ölümlərinin sayı niyə artdı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb. Ötən ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölən körpələrin 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pediatr Günya Rəsulovanın sözlərinə görə, 1 yaşadək uşaqların tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyillidir. Orqanizmin müqaviməti aşağı olduğuna görə ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri üstünlük təşkil edir. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.
Pediatr deyib ki, 1 yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan, 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib. Uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazımi olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar.Pediatrın sözlərinə görə, ilk növbədə analar, həkimlər, tibb işçiləri hamiləliyin düzgün aparılmasına diqqət etməlidirlər. Valideynlər müayinədən keçirməyə çəkinməməlidir. Genetik problemlərin vaxtında aşkarlanması, müayinəsi və müalicəsi ən mühüm məsələrdən biridir. Gigiyenik qaydalar, düzgün qidalanma hər şeydən öndə gəlməli, riayət olunmalıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
İlqarə necə arıqladığını açıqladı
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
XƏBƏR LENTİ
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)





