Seçki prosesində hər hansı neqativ hal qeydə alınmadı - TDT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların sentyabrın 1-də növbədənkənar parlament seçki prosesində iştirakı üçün lazımi şərait yaradıldı, tədbirlər görüldü. Bu isə seçkilərin legitimliyini və şəffaflığını bir daha sübut edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Seçki Kommisiyası missiyasına üzv dövlətlərin Mərkəzi Seçki Kommisiyasının nümayəndələri daxildir.
"Missiya öz fəaliyyətini seçkilərin keçirilməsinə dair beynəlxalq standarlara uyğun həyata keçirib. Seçki günündə TDT nümayəndə heyəti Bakı şəhəri Xətai rayonunda seçki məntəqəsinin açılışında iştirak etdi. Missiya ümumilikdə 36 seçki məntəqəsini ziyarət edib.
Müşahidəmiz zamanı seçki prosesində hər hansı neqativ hal qeydə alınmadı. İnsanların seçki prosesində iştirakı üçün lazımi şərait yaradılıb, tədbirlər görülüb. Bu isə seçkilərin legitimliyini və şəffaflığını bir daha sübut edir. Səslərin sayılması və elan olunması vaxtında həyata keçirildi.
Missiya seçkilərin nəticələrinə təsir edəcək neqativ halla rastlaşmayıb. Seçki məntəqələri yaxınlığında hər hansı kampaniya aparılması müşahidə edilmədi. Seçki bülletenləri qanunlara uyğun şəkildə hazırlanıb. Seçkilərin mediada işıqlandırılması onun şəffaflığına töhfə verən amildir.
TDT seçki müşahidə missiyası seçkilərin açıq və şəffaf, beynəlxalq seçki standarlarına uyğun həyata keçirildiyini təsdiq edir", - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Azərbaycanda professor vəfat etdi
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





