Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar ilkin nəticələr açıqlanır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verir.
MSK sədri deyib ki, dairələr üzrə lider namizədlər artıq müəyyənləşib.
M. Pənahov qeyd edib ki, ilkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır:
1 saylı Şərur-Sədərək Seçki Dairəsi - Əsgərov Ziyafət Abbas oğlu (YAP)
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi - Novruzov Siyavuş Dünyamalı oğlu (YAP)
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi - Möhbalıyev Səttar Suliddin oğlu (bitərəf)
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi - İbrahimov Eldar Rza oğlu (YAP)
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi - Həmzəyeva Ülviyyə Tapdıq qızı (YAP)
6 saylı Ordubad-Culfa Seçki Dairəsi - Rəhimzadə Vüqar Gəncəli oğlu (YAP)
7 saylı Səbail Seçki Dairəsi - Arpadarı Nigar Cavid qızı (bitərəf)
8 saylı Binəqədi birinci Seçki Dairəsi - Quliyev Azay Əjdər oğlu (bitərəf)
9 saylı Binəqədi ikinci Seçki Dairəsi - Qafarov Kəmaləddin Nəsrəddin oğlu (YAP)
10 saylı Binəqədi üçüncü Seçki Dairəsi - Musayev Elşad Nəbi oğlu (BAP)
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsi - Xasayeva Səbinə Səməd qızı (YAP)
12 saylı Xəzər birinci Seçki Dairəsi - Məmmədov Soltan Teymur oğlu (bitərəf)
13 saylı Xəzər ikinci Seçki Dairəsi - Paşayeva Gülşən Məmmədəli qızı (bitərəf)
14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi - Əfəndiyeva Günay Elçin qızı (bitərəf)
15 saylı Yasamal birinci Seçki Dairəsi - Quliyev Ülvi Zahid oğlu (bitərəf)
16 saylı Yasamal ikinci Seçki Dairəsi - Qədirli Erkin Toğrul oğlu (REAL)
17 saylı Yasamal üçüncü Seçki Dairəsi - Qəhrəmanov Göydəniz İbrahim oğlu (bitərəf)
18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi - Musabəyov Rasim Nəsrəddin oğlu (bitərəf)
19 saylı Nərimanov birinci Seçki Dairəsi - Məmmədov Hikmət Baba oğlu (YAP)
20 saylı Nərimanov ikinci Seçki Dairəsi - Vəliyev Samir Əhməd oğlu (YAP)
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsi - İbrahimqızı Məlahət İbrahim qızı (YAP)
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi - Mollazadə Asim Nazim oğlu (DİP)
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi - Səmədzadə Ziyad Əliabbas oğlu (bitərəf)
24 saylı Nizami birinci Seçki Dairəsi - Nurullayeva Könül Oruc qızı (bitərəf)
25 saylı Nizami ikinci Seçki Dairəsi - Əhmədov Əli Cavad oğlu (YAP)
26 saylı Sabunçu birinci Seçki Dairəsi - Mustafa Fazil Qəzənfər oğlu (BQP)
27 saylı Sabunçu ikinci Seçki Dairəsi - Əlizadə Arzuxan Baxşəli oğlu (AMİP)
28 saylı Sabunçu üçüncü Seçki Dairəsi - Quliyev Eldar Allahyar oğlu (bitərəf)
29 saylı Sabunçu dördüncü Seçki Dairəsi - Allahverənov Azər Kərim oğlu (bitərəf)
30 saylı Suraxanı birinci Seçki Dairəsi - Fətəliyeva Sevinc Həbib qızı (YAP)
31 saylı Suraxanı ikinci Seçki Dairəsi - Məmmədov Qaya Məmməd oğlu (bitərəf)
32 saylı Suraxanı üçüncü Seçki Dairəsi - Həsənova Afət Əbil qızı (YAP)
33 saylı Xətai birinci Seçki Dairəsi - Oruc Zahid Məhərrəm oğlu (bitərəf)
34 saylı Xətai ikinci Seçki Dairəsi - Zabelin Mixail Yuryeviç (YAP)
35 saylı Xətai üçüncü Seçki Dairəsi - Vəliyeva Pərvanə Bulud qızı (YAP)
36 saylı Xətai-Suraxanı Seçki Dairəsi - Həsənquliyev Qüdrət Müzəffər oğlu (ƏHD)
37 saylı Qaradağ Seçki Dairəsi - Hüseynov Aydın Nəsir oğlu (YAP)
38 saylı Gəncə birinci Seçki Dairəsi - Həmzəyev Naqif Ələşrəf oğlu (YAP)
39 saylı Gəncə ikinci Seçki Dairəsi - Kərimzadə Pərvin Orxan qızı (YAP)
40 saylı Gəncə üçüncü Seçki Dairəsi - Quliyev Musa İsa oğlu (YAP)
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.
Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.
Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.
598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.
Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.
Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.
Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun