Halsızlıq, qızdırma və səpgilər: Türkiyəni ağuşuna alan xəstəlik Azərbaycana gəlir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər Türkiyədə vətəndaşlar arasında əllərdə və ayaqlarda qızartılı səpgilərlə müşahidə edilən xəstəlik baş qaldırıb. Ən qorxulusu budur ki, iddiaya görə, xəstəlikdən əl və ayaq barmaqlarının dırnaqları tamamilə tökülür, sonra bərpa olunur. Bu barədə məlumatlar sosial şəbəkələrin Türkiyə seqmentində yayılıb.
Türkiyə Azərbaycana qonşu ölkə olduğu üçün sözügedən xəstəlik cəmiyyətimizdə də narahatlığa səbəb olur.
Görəsən, xəstəliyin ölkəmizdə yayılma riski varmı və sağlamlığa zərərləri nələrdir?
Milli.Az xəbər verir ki, İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, söhbət əl-ayaq-ağız xəstəliyindən gedir:
"Bu, kəskin virus xəstəliyidir. Son günlər Türkiyədə aktivləşib, ancaq Azərbaycanda vəziyyət stabildir. Xəstəlik epidemik formada müşahidə edilmir, amma qrup şəklində uşaqlarda görülə bilər. Əsasən, ağızda vezikulyar (yarımkürə formalı, şəffaf, yaxud azacıq bulanıq möhtəviyyatla dolu qovuq - red.) səpgilər şəklində özünü büruzə verir. Əllər, ayaqlar, sağrı və qasıq nahiyəsində də görülə bilər.
Xəstəliyin dırnaqları tökməsi isə mümkün deyil. Dırnaqların tökülməsinin müxtəlif səbəbi ola bilər. Ancaq dəqiq olan odur ki, buna səbəb kimi infeksiya göstərilə bilməz. Bu xəstəlik A tipli Koksaki virusu tərəfindən törədilir. Koksaki viruslarının digər növləri də xəstəlik törədə bilər. İnfeksiya fekal-oral, dəri səpgiləri və ağız suyu ilə kontakt zamanı yoluxur. Əl-ayaq-ağız xəstəliyi, adətən, mülayim gedən və 7-10 günə sağalan xəstəlikdir. Nadir hallarda davamlı olur və ciddi ağırlaşmalar ortaya çıxır. Ən həssas qrup 10 yaşa qədər uşaqlardır. Onlar xəstəliyə daha tez yoluxurlar və digər ailə üzvlərinə də keçirirlər. Xəstəlik təmas yolu ilə keçir, bəzən halsızlıq, 24-48 saat davam edən 38-39o C qızdırma və nadir hallarda qusma ilə müşahidə edilir".
İnfeksionistin sözlərinə görə, xəstəliyin klinik əlamətlərə görə diaqnozu asanlıqla qoyulur:
"Laboratoriya müayinələrinə, adətən, ehtiyac olmur. Bir sıra hallarda analiz üçün səpgilərdən və nəcis nümunəsindən istifadə oluna bilər. Virusəleyhinə spesifik müalicə yoxdur. Dəstəkləyici terapiya aparılır. Dehidratasiyanın (susuzlaşmanın - red.) qarşısını almaq üçün soyuq maye qəbul edilməlidir, acı və turş maddələr diskomfort hissi yaratdığı üçün istehlak edilməməlidir. Kəskin hallarda venadaxili məhlullara ehtiyac ola bilər. Qızdırma antipiretiklərlə düşürülə bilər. Ağrı standart dozalı ağrıkəsicilərlə müalicə olunur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas





