Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi Ermənistanda ciddi narahatlıqla qarşılanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusən düşərgənin panellərindən birinin Qərbi Azərbaycan mövzusuna həsr olunması erməni mediasında təşviş doğurub.
Qeyd edək ki, sözügedən paneldə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, İcmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva iştirak edib.
Çıxışçılar tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasının və onların mədəni irsinin məhv edilməsinin ermənilərin dövlət siyasəti olduğunu bildiriblər. Qeyd olunub ki, 1988-ci ildə baş verən sonuncu etnik təmizləmə nəticəsində azərbaycanlılar dədə-baba yurdlarından tamamilə çıxarılıblar. Görüşdə xalqımızın Qərbi Azərbaycandakı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği, indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıdışının təmini və birgəyaşayışa nail olunması məqsədilə Qərbi Azərbaycan İcmasının yaradıldığı qeyd edilib.
Aparıcı erməni media orqanlarından "arovat.am", "armenpress.am" saytılarında, onlara istinad edən digər media qurumlarında və teleqram kanallarında dərc olunan məqalələrdə Diaspor Gənclərinin V Yay Düşərgəsi hədəf alınaraq tədbirin təşkilatçılarına və oradakı çıxışlara diqqət çəkilib, guya erməni mədəni irsinə qarşı təbliğat aparılması barədə iddialara yer verilib. "Geqard" adlı elmi-analitik fond isə daha da uzağa gedərək, Azərbaycanı təkcə erməni irsini deyil, həm də "İrandakı Atropatena irsini mənimsəmək" cəhdlərində ittiham edib.
Xatırladaq ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
XƏBƏR LENTİ
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)
-
Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq
-
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto/Video)
-
Bakıda minik avtomobili atla toqquşdu - (Video)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası





