Ölkə

Bu xəstəliyi olan şəxslər də hərbi xidmətə çağırılacaq - RƏSMİ

9 Avqust 2024 15:33
Baxış: 4 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti zob xəstəliyi olanların hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilir ki, qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur.

Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.