Ölkə

Sənədsiz ev hansı hallarda sökülə bilər? - Dövlət Xidmətindən AÇIQLAMA - VİDEO

7 Avqust 2024 12:06
Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yüzminlərlə evin çıxarışı yoxdur. Bu hal təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir.

Bəzən sənədsiz evlərin və obyektlərin söküldüyünün də şahidi oluruq. Bəs sənədi olmayan evlər hansı hallarda sökülə bilər?

Milli.Az xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyev Azərbaycanda daşınmaz əmlakın sökülməsinin bir neçə formada həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, torpaqların dövlət ehtiyacı üçün alınması, yolların genişləndirilməsi, inzibati binaların tikilməsi zamanı və ərazi seysmik zonada yerləşərsə, sənədsiz evlər sökülə bilər.    

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirlib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər Nazirlər Kabinetindədir. Sənədsiz evlərin sökülməsi ilə bağlı qərar da birbaşa hökumətin tapşırığı ilə həyata keçirilir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə hər hansı tapşırıq verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.