Ölkə

Bu ölkədən Bakıya birbaşa reyslər açıla bilər

23 İyul 2024 06:33
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana birbaşa aviareyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, pandemiyadan sonra Misirdən Azərbaycana gələn turistlərin sayı son iki ildə iki dəfə, Misirə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfəyə yaxın artıb.

"Birbaşa reyslər bu rəqəmləri daha da artıra bilər", - deyə R.Nəbiyev əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.