Ölkə

Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir

2 İyul 2024 23:12
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O bildirib ki, iki ölkə arasında davam edən müzakirələr ABŞ Dövlət Departamenti üçün prioritetdir: "Cənubi Qafqazdakı bir məsələ kontekstində geniş şəkildə deyim ki, bu bizim üçün və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritetdir. Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəliklə danışmaq istəmirəm".

Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.