Ölkə

NATO generalı Bakıda isti mesajlar verdi

2 İyul 2024 22:10
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın inkişafında maraqlıdır. Çünki Azərbaycan Ordusu Türkiyə və deməli, NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modelinə çevrilməlidir" tezisi buna dəlalət edir.

Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşünə toxunub:

"NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirən Kərim Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə vurğulayıb. Kərim Vəliyev eyni zamanda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini söyləyib. Stefan Fiks də öz növbəsində Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Beləliklə, bu görüşdə verilən isti mesajlar bir daha onu göstərir ki, əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Azərbaycanın NATO üzvlüyü kimi hədəfi yoxdur, bu doğru strategiyadır. Belə bir hədəfi qoysaq belə, Şimali Atlantika Blokuna üzv olmayacağımız bir yana, şimal və cənub istiqamətindən artan təzyiqlə üzləşəcəyik. Bu bizə lazım deyil. Azərbaycan üçün NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi gücləndirmək kifayətdir. Buna isə heç kim etiraz edə bilməz, bu reallığı Rusiya və İran da qəbul edib".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.