Ölkə

TDT-nın Şuşa sammitinin proqramı açıqlandı

1 İyul 2024 15:19
Baxış: 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.

Milli.Az TDT-yə istinadən xəbər verir ki, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

Qeyd edilib ki, görüşdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibinin iştirakı gözlənilir.

"Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması" mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.

Görüşün sonunda Qarabağ Bəyannaməsinin, eləcə də bəzi digər mühüm sənədlərin imzalanması gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.