Ölkə

BŞİH əməkdaşları qızğın futbol yarışında - FOTOlar

29 İyun 2024 12:55
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir.

Belə tədbirlərdən biri də Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşları arasında keçirilən mini futbol üzrə yoldaşlıq görüşü olub. Səbail rayonu Salyan şossesindəki İdman və istirahət parkında təşkil edilən yoldaşlıq görüşünü hər iki qurumun rəhbərləri, əməkdaşları və İctimai Birliyin könüllüləri izləyib.

Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi olan oyun böyük maraqla qarşılanıb və azarkeşlərin alqışları ilə müşayət edilib.

Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra komandalar birgə xatirə şəkli çəkdirib və bu kimi yarışların ənənəvi olaraq keçirilməsi qərara alınıb.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.