Ölkə

AİB-in illik toplantısı və biznes forumunun yekun günü başa çatıb - YENİLƏNİB - FOTO

28 İyun 2024 16:00
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:00

Almatıda Avrasiya İnkişaf Bankının (AİB) illik toplantısı və biznes forumunun yekun günü başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün üç panel sessiyası və tədqiqatın təqdimatı keçirilib.

Belə ki, "Mərkəzi Asiyada içməli su təchizatı və kanalizasiya" təqdimatı təqdim olunub.

Sessiyaların mövzuları öz növbəsində "AİB-in investisiya alətləri: nəticələr və perspektivlər", "Avrasiya üçün rəqəmsal texnologiyalar və innovasiyalar" və "Avrasiya İqtisadi İttifaqı: investisiya layihələrinin icrasının nəticələri və perspektivləri" olacaq.

AİB-in İdarə Heyətinin sədrinin müavini Ruslan Dalenov bankın Almatıda keçirilən biznes forumu çərçivəsində "Mərkəzi Asiyada İslam Maliyyəsi" mövzusunda sessiyasında deyib ki, Avrasiya İnkişaf Bankı (AİB) regionda İslam maliyyələşdirməsinin aktiv bələdçisi ola bilər.

"AİB geniş müştəri bazasına malik beynəlxalq təşkilat olmaqla, regionda İslam maliyyəsinin aktiv bələdçisi ola bilər. AİB lazımi tənzimləmə düzəlişlərini hazırlamaq və tətbiq etmək üçün bir növ tənzimləyici "sandbox" ola bilər", - deyə o vurğulayıb.

Dalenov qeyd edib ki, AİB İslam maliyyəsinin bələdçisinə çevrilmək yolunda yeni investisiyalar cəlb etməklə region ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün yeni alətlər təklif edəcək.

Onun sözlərinə görə, AİB-də "İslam pəncərəsi" işə salınacaq.

"2025-ci ildə Avrasiya İnkişaf Bankında "İslam pəncərəsi" tam formatda işə salınacaq. Bir sıra pilot layihələr maliyyələşdiriləcək. Bu, böyük investisiya layihələrinin maliyyələşdirilməsinə keçməyə imkan verəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, tədbirin ilk günündə "Mərkəzi Asiyada İslam Maliyyəsi", "Su, enerji və ərzaq: dayanıqlı inkişaf üçün tərəfdaşlıq və layihələr" və "Avrasiya nəqliyyat karkası: potensial, problemlər, həllər" mövzularında sessiyalar keçirilib.

Sessiyalar zamanı iştirakçılar Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafı, İslam maliyyəsi və bütün dünyada bankçılıq işində tendensiyalar, "su, enerji və ərzaq" qarşılıqlı əlaqələrinin inkişafının əlaqələndirilməsi, Mərkəzi Asiyanın su-enerji kompleksinin inkişafına yardım üçün çoxtərəfli inkişaf bankları və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq, Mərkəzi Asiyanın su-energetika kompleksi, bu istiqamətdə perspektivli layihələr, eləcə də nəqliyyat layihələri, dəhlizlərin yük bazasının prioritet inkişafı istiqamətlərini və digər məsələləri müzakirə ediblər.

Həmçinin, tədbirin ilk günündə iştirakçılar arasında bir sıra müqavilələr imzalanıb. Belə ki, AİB və İslam İnkişaf Bankı İnstitutu Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafına dair anlaşma memorandumu imzalayıb. Bununla yanaşı, AİB "Dar Al Sharia" konsaltinq şirkəti ilə İslam maliyyələşdirməsi sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Bundan başqa, tədbir çərçivəsində "Mərkəzi Asiyada yüksək ekoloji və sosial standartların təşviqi: AİB təcrübəsi və öyrənilmiş dərslər" və "Avrasiya nəqliyyat karkası" tədqiqatları təqdim olunub.

-----------
10:04


Almatıda Avrasiya İnkişaf Bankının (AİB) illik toplantısı və biznes forumunun yekun günü başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün üç panel sessiyası və tədqiqatın təqdimatı keçiriləcək.

Belə ki, "Mərkəzi Asiyada içməli su təchizatı və kanalizasiya" təqdimatı təqdim olunacaq.

Sessiyaların mövzuları öz növbəsində "AİB-in investisiya alətləri: nəticələr və perspektivlər", "Avrasiya üçün rəqəmsal texnologiyalar və innovasiyalar" və "Avrasiya İqtisadi İttifaqı: investisiya layihələrinin icrasının nəticələri və perspektivləri" olacaq.

Qeyd edək ki, tədbirin ilk günündə "Mərkəzi Asiyada İslam Maliyyəsi", "Su, enerji və ərzaq: dayanıqlı inkişaf üçün tərəfdaşlıq və layihələr" və "Avrasiya nəqliyyat karkası: potensial, problemlər, həllər" mövzularında sessiyalar keçirilib.

Sessiyalar zamanı iştirakçılar Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafı, İslam maliyyəsi və bütün dünyada bankçılıq işində tendensiyalar, "su, enerji və ərzaq" qarşılıqlı əlaqələrinin inkişafının əlaqələndirilməsi, Mərkəzi Asiyanın su-enerji kompleksinin inkişafına yardım üçün çoxtərəfli inkişaf bankları və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq, Mərkəzi Asiyanın su-energetika kompleksi, bu istiqamətdə perspektivli layihələr, eləcə də nəqliyyat layihələri, dəhlizlərin yük bazasının prioritet inkişafı istiqamətlərini və digər məsələləri müzakirə ediblər.

Həmçinin, tədbirin ilk günündə iştirakçılar arasında bir sıra müqavilələr imzalanıb. Belə ki, AİB və İslam İnkişaf Bankı İnstitutu Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafına dair anlaşma memorandumu imzalayıb. Bununla yanaşı, AİB "Dar Al Sharia" konsaltinq şirkəti ilə İslam maliyyələşdirməsi sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Bundan başqa, tədbir çərçivəsində "Mərkəzi Asiyada yüksək ekoloji və sosial standartların təşviqi: AİB təcrübəsi və öyrənilmiş dərslər" və "Avrasiya nəqliyyat karkası" tədqiqatları təqdim olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.