“1 il tez evlənən ailələrin heç birində problem görməmişəm” - Tahir Kərimli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müvafiq icra nümayəndəsinin icazəsi ilə nikah yaşının 1 il azaldılmasını düzgün sayıram və bu maddə qalmalıdır. Mən Rayon İcra Hakimiyyətinin qərarı ilə 1 il tez evlənən ailələrin heç birində problem görməmişəm".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
"Çox maraqlıdır, bu maddənin ləğv olunmasının arayış hissəsində yazılır ki, bu maddə uşaq psixologiyasını və sağlamlığını pozur. Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundankənar, nikahdankənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir?! Ancaq 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə Rayon İcra Hakimiyyəti nikaha icazə verirsə, biz buna uşaq psixologiyası pozulur deyirik.
Gəlin mən də başqa maddə təklif edim. 18 yaşına çatmamış, qeyri-nikah cinsi münasibətlərdə olan uşaqların valideynlərinə 5 min manat cərimə kəsək. Deyək ki, necə belə tərbiyəsiz uşaqlar böyüdürlər, necə nəzarət etmirlər?! Qoy cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəksinlər. Yoxsa mində bir hadisə olur ki, icazə alıb bir il tez nikah qurulur, onu problem edirik. Hesab edirəm ki, 12-ci maddə qalmalıdır, əvəzinə isə yetkinlik yaşına çatmayanların nikahdankənar münasibətlərinə görə valideynləri yüksək məbləğdə cərimə olunsun", - deyə millət vəkili qeyd edib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə cavab olaraq bildirib ki, bu maddədən çox sui-istifadə edən insanlar var: "Siz dediniz ki, tək-tük belə hallar var, amma bu, düzgün deyil. Belə insanlar İcra Hakimiyyətindən icazə alırlar, lakin onlardan 1 %-i yalnız atası-anası ağır vəziyyətdə olan ailələrdir. Qalanları tam sağlam ailələrdir. Onların fikrinə gəlib ki, mən oğlumu, qızımı evləndirmək istəyirəm. Statistikaya baxsaq, görərik ki, həmin zaman evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Şəxsən neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm, lakin məni məcbur evləndirirlər. Bəs onlara nə edək?! Necə kömək edək?! Bu 1 il nə üçün belə böyük problemə çevrilib ki... Bunlar dözə bilmirlər 18 yaşına çatsın sonra ailə qursun?!"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə





